Mübarəkdir yeni dövrün, Kəlbəcərim!backend

Bol çeşməli, ayna bulaqlı Kəlbəcərim! Sıx meşələrinlə, yaşıl otlaqlarınla, göz, oxşayan ormanlarınla, sıldırım qayalarınla, alçatmaz, ünyetməz zirvələrinlə daim bizi özünə bağlayan əsrarəngiz diyarım! Vüqarınla sən daim Türk oğlu Türkün adını uca tutmusan. Tariximizin ən keşməkeşli dövrlərini özündə yaşatmısan. Yenilməz görkəmin daim düşmənlərinin bağrına dağ çəkib. Erməni vandalları, bəşərilik düşmənləri daim sənin bağrını al-qana döndərməyə çalışıb. Əyilməmisən! XIX əsrin əvvəllərində Rusiya və Fars imperiyalarının havadarlığı nəticəsində müqəddəs vətənimizə murdar ermənilər ayaq basanda torpağın fəqan qopardı. Məlakə donunda gələnlər dəfələrlə sənin qatilinə çevrildi. 2 aprel 1993-cu ildə Ermənistanın terrorçu ordusu Gümridə dislokasiya olunan Rusiya diviziyasının qəddarları səni işgal edib, aşına zəhər qatdı. Rayon əhalisinin ağsaqqalına, ağbirçəyinə, qadınına, uşağına, əlilinə zülm verməkdən, onları qanına qaltan etməkdən həzz alıb, misli görünməmiş soyqırımı həyata keçirdilər. Daim qurub-yaratmaqdan, tikməkdən, abadlaşdırmaqdan, sənin hüsnünə sığal çəkməkdən həzz alan insanlarımız vandal və işğalçı Ermənistan Respublikasının insanlığa yaraşmayan vəhşiliyi-nəticəsində öz yurd-yuvasından perik düşdü, saysız-hesabsız türk insanı qətl edildi, öldürüldü, yüzlərcəsi əsir götürüldü, itkin düşdü.
Ərazi baxımından sən, Kəlbəcərimiz Azərbaycanın ən iri rayonu idin. Sənin təpərli oğulları erməni bağrına neştələr sancmışdı. Şərəfsiz ermənilər sənin özünü, kəndlərini, saysız-hesabsız, yaşı minilliklərin o yanından boylanan tarixi-mədəniyyət abidələrini yerlə yeksan etdi. Utanıb, usanmadılar! Nəinki yerliəhəmiyyətli, həm də dünya miqsaylı “İstisu” sanatoriyasını, yüzlərcə obyekt və tikililəri – məktəblərini, məscidlərini, uşaq bağçalarını, kitabxanalarını, çoxsaylı mədəniyyət ocaqlarını xarabalığa çevirdilər.
Dünya dövlətlərinin əksəriyyəti belə biyabırçılığa, mənfurluğa görə sussa da, BMT-nin Təhlükəsizlik Şurası nəhayət ki dillənib, bu işğalla bağlı Qətnamə çıxardı. Qətnamə Ermənistan faşist ordusunun qeyd-şərtsiz nəinki Kəlbəcər, həm də Azərbaycan digər işğal olunmuş ərazilərindən çıxarılmasını tələb etdi.
Amma neyləyəsən! Belə dünyanın belə laqeydliyindən küreyi-ərz başımıza fərlandı. Bütün bunlara nankor və qatil ermənilər məhəl qoymadı. 60 mindən yuxarı Kəlbəcər sakini Azərbaycanımızın və dünyanın müxtəlif regionlarına səpələndi. Qaşqın, köçkün, didərgin həyatı yaşadı. Ermənilər sənin bütün kəndlərini, qəsəbələrini, yaşayış yerlərini virap qoydu. Kəlbəcərlilər bu məhrumiyyətlərə baxmayaraq, dözüb mətn dayandı. 27 il gecə-gündüz bilməyib, sənə qovuşmaq həsrəti ilə yaşadı. Yenilməz, müsəlləh Azərbaycan xalqı və ordusu 27 sentyabr 2020-ci ildə silaha sarılıb digər işğal altında olan ərazilərimiz kimi səni də də erməni caynağından xilas etdi. Azadlığına qovuşduğun ərəfədə vandallar qarşında təblamayıb, qaçmağa üz qoyduğu zaman Kəlbəcər şəhərinin özündə yerləşən məktəbə erməniəsilli məktəb direktorunun od vurmasına bu mənfurların mənəvi baxımdan nə qədər rəzil və şikəst olmasına baxanda dözmədin. İçim-içim yandın. Onların dünya mədəniyyətinə və maarifinə düşmən kəsildiklərinin şahidi olub, heç heyifsləndin vaysınlandın!
Dünyaya öz müsəlləhliyi, mobilliyi, baçarığı, qəhrəmanlığı ilə səs salmış yenilməz Azərbaycan ordusu 44 günlük İkinci Qarabağ müharibəsində göstərdiyi rəşadət, qazandığı triumfal qələbə, bu qələbənin əvəzsiz stateqi və taktiki İlham Heydər oğlu Əliyevin qəti addımları sən yenidən azadlığına qovuşdurdu. Kəlbəcəri özü ilə xalqımızı Kəlbəcərlə can biz gəlbdə etdi. Mübarəkdir bu qayıdışı, Kəlbəcərm!
Yadındamı?! 1993-cü ilin aprelindən Sənin üzün heç gülməmişdi, bulaqların sır-sır axmırdı, şəlalələrin şaqqıldamırdı, ağacların çiçəkləmirdi, güllərin ləçəkləmirdi, quşların öz nəğmələrini oxumurdu. Sanki düşmənin nəfəsi də Kəlbəcəri tanınmaz hala salmışdı. İndi yenidən Kəlbəcərin öz doğmalarına, Azərbaycan türkünə qoyuşdu. İndi ceyranları, cüyürləri, dağ keçiləri dağlara, sıldırım qayalara dırmaşıb, ormanlarında otlayıb, incə səsləri ilə Kəlbəcərin xoş günlərinə nəğmə deməkdədilər. Təbiət də, hava da, landşaft da, təzələnməyə, öz vərdiş etdiyi ömür-gününə qovuşmağa tələməkdədir:
Yağı düşmən daim məğlub olacaq,
Xoş gününə xalqım büsat quracaq.
Səni sevəcəyəm, bil, ömrüm qədər.
Mübarəkdir azadlığın, Kəlbəcər!

 

Nizami Məmmədov Tağısoy

Bakı Slavyan Universiteti filologiya elmləri doktoru, professor