Beynəlxalq Kosmik Stansiyanın (BKS) fəaliyyətinin 2024-cü ildən sonra uzadılması proqramda iştirak edən bütün ölkələr tərəfindən dəstəklənib, bu barədə NASA-nın saytında məlumat verilib.
Söhbət ABŞ, Yaponiya, Kanada və Avropa Kosmik Agentliyinin dövlətlərindən gedir.
Bildirilir ki, ölkələr stansiyanın 2030-cu ilə qədər fəaliyyətini dəstəkləyir.
Eyni zamanda, Rusiya ISS-dən istifadə müddətinin 2028-ci ilə qədər uzadılmasını dəstəkləyəcəyini təsdiqləyib.
