Ağ Ev ABŞ-ın qabaqcıl çiplərin istehsalında rəqabət qabiliyyətini itirdiyini etiraf edibbackend

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sullivan bildirib ki, ABŞ-ın kritik texnologiyada rəqabət qabiliyyəti zəifləyir.

“ABŞ nəinki hasilatı itirdi, biz kritik texnologiyalar baxımından rəqabət qabiliyyətimizi zəiflətdik”, – RİA Novosti Sullivandan sitat gətirib.

O qeyd edib ki, hazırda ABŞ dünya üzrə yarımkeçiricilərin cəmi 10%-ni istehsal edir.