İranın şimal-şərqində 4,9 bal gücündə zəlzələ baş verib.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin xəritə məlumatlarında deyilir.
Zəlzələnin mənbəyinin səkkiz kilometr dərinlikdə olduğu qeyd edilir.
Təbii fəlakətin episentri təxminən 2,3 milyon insanın yaşadığı Məşhəd şəhəri yaxınlığında yerləşib. Tələfat və dağıntılar barədə məlumat yoxdur.













