“Neftçi” Xalq artisti Miri Yusiflə klub arasında olan əməkdaşlığa münasibət bildirib.
“Ağ-qaralar”ın mətbuat xidmətindən verilən məlumata görə, bu əməkdaşlıq 2022-ci ildə klubun əvvəlki rəhbərliyinin sifarişi ilə baş tutub.
“Musiqisi Eldar Mansurova, sözləri Fariz Zeynalova aid olan “Neftçi” haqqında bəstə klubun istəyi əsasında hazırlanıb və təqdim edilib”, – deyə açıqlamada vurğulanıb.
Qeyd edək ki, mətbuatda “Neftçi”nin Miri Yusifə yeni himn üçün 21 min 480 manat ödədiyi barədə məlumat yayılıb.