Neftin qiyməti artmaqda davam edəcək və dördüncü rübdə Şimal dənizi etalon Brent markalı neftin barreli 100 dolları keçə bilər. Ona görə də Rusiyada yanacağın ixrac rüsumu da artacaq və federal büdcəyə əlavə gəlirlər daxil olacaq. Bu barədə Qazeta.Ru-ya Milli Enerji Təhlükəsizliyi Fondunun aparıcı eksperti İqor Yuşkov bildirib.
“Bu, təbii prosesdir. Rusiyada neftin ixrac rüsumları yanacağın qiymətlərinə uyğun olaraq artır. Onlar azaldıqda rüsumun miqdarı azalır. Rusiya iqtisadiyyatı üçün rüsumun artırılması müsbətdir, çünki büdcəyə əlavə gəlirlər daxil olur”.
Yuşkovun sözlərinə görə, ilin birinci yarısında Rusiya büdcəsinə neft ixracından gözləniləndən az vəsait daxil olub.
Mənbə: Gazeta.ru