Nurlan Şakiroğlu: “Müasir təhsilin tələbi” – Prezident yanında Dövlət idarəçilik Akademiyası – VİDEObackend

Müasir cəmiyyətimizin inkisafı təhsilin qarşısında yeni tələblər qoyur. Əsas məqsəd yetişməkdə olan gənc nəslin təbii imkanlarını inkişaf etdirmək, onlara elmin əsaslarını öyrətmək, intellektual imkanlarını, maraq və idrak qabiliyyətlərini nəzərə alaraq onların səxsiyyətini formalaşdırmaq, həyatda və cəmiyyətdə səmərəli fəaliyyətə hazırlanmasına, müstəqil, yaradıcı düşünən, ümumi mədəniyyətə malik milli mənəviyyatlı şəxsiyyətin yetişdirilməsinə xidmət etmək və Azərbaycanın inkisafi naminə fədakarcasına çalışan vətəndaş tərbiyə etməkdən ibarətdir. Müasir pedaqoji təhsilin əsas məqsədlərindən biri həm də informasiya, innovasiya cəmiyyətinin tələblərinə uyğun yeni formatlı mütəxəssislərin hazırlamasıdır.

Müəllim təkcə bilik ötürməklə, hazır resepti yazıb tələbənin yaddaşında saxlaması ilə kifayətlənməməli, tələbələrə düşünməyi öyrənməsi məqsədilə bilik aşılamalıdır! Elə situasiyalar vardır ki, orada konkret bilik və hazır düstur köməyə çatmayacaq. Bu zaman situasiyanın təsiri altında tələbə həmin anda ən doğru qərarı vermək bacarığında olmalıdır.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi – Nurlan Şakiroğlu da bu cür müəllimlərdəndir. Onun fikrincə dərs mövzusu yox, onun çatdırılma üsulu daha önəmlidir. Dərsi maraqlı edən təkcə mövzunun bütün təfsilatı ilə çatdırılması deyil, onun hansı üsul və metodlarla ötürülmə keyfiyyəti mühüm rol oynayır. Dərsin tələbələr üçün darıxdırıcı olmaması üçün onların müzakirələrdə fəal iştirakının təmin edilməsi çox vacibdir. Bunun üçün müəllimin yüksək erudisiyası və yaradıcı keyfiyyətlərinin olması vacibdir.

Bizlərə yaratdığı bu cür gözəl şəraitə görə pedoqoji fəaliyyət göstərdiyim Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, çox hörmətli akademikimiz Urxan Ələkbərova sonsuz minnətdarlığımı ifadə edir və olduqca yüksək intellektə malik tələbələrimə isə gələcək həyatlarında davamlı uğurlar diləyirəm!

 

Quruluş İdeya: Rəşad Aydın RGroup video production 

Səs – Zabir Əliyev

Sifariş və əlaqə üçün: +99455 342 80 42