Bu ilin birinci yarısında “PAŞA Bank”ın Mərkəzi Bankdan valyuta alışında 50 faiz artım var.
İctimai.az xəbər verir ki, bu barədə “PAŞA Bank”ın İdarə Heyətinin üzvü, baş maliyyə inzibatçısı Murad Süleymanov bankın altı ayın yekunlarına həsr olunmuş brifinqdə deyib.
O bildirib ki, “PAŞA Bank” banklararası bazarda da aktivdir: “Burada əsasən müştəri ehtiyatları nəzərə alınır”.