Pistorius ABŞ seçkilərinin nəticəsindən asılı olmayaraq Avropanın müdafiəsini gücləndirməyə çağırıbbackend

ABŞ seçkilərinin nəticəsindən asılı olmayaraq, Avropa öz müdafiə və təhlükəsizliyinə daha çox diqqət yetirməlidir.

TASS xəbər verir ki, bu fikri Almaniyanın müdafiə naziri Boris Pistorius Londona səfəri zamanı deyib.

Pistorius qeyd edib ki, ABŞ-ın diqqəti Asiya və Hind-Sakit Okean regionuna yönəlib və ABŞ-ın Avropa təhlükəsizliyinə töhfəsini azaldıb-azaltmayacağı sualı hazırda açıqdır. Bundan asılı olmayaraq, Almaniya Müdafiə Nazirliyinin rəhbəri NATO-nun Avropa üçün əhəmiyyətini vurğulayıb.