Porsche Türkiyə və Suriyada zəlzələdən zərər çəkənlərə 1 milyon avro bağışladı

Almaniyanın Porsche şirkəti Türkiyə və Suriyada baş verən zəlzələnin nəticələrinə 1 milyon avro yardım edəcək.

Bu barədə motor1.com məlumat yayıb.

“Fikirlərimiz bu dağıdıcı fəlakət nəticəsində ailə üzvlərini, dostlarını və ya evlərini və dolanışıq vasitələrini itirmiş insanlarladır” deyə Porsche-nin baş direktoru Oliver Blume bildirib.

Mənbə: Lenta.ru

İctimai.az

Oxşar xəbərlər