Avropa Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib.
Oxu.Az xəbər verir ki, mərasim İsveçrənin Nyon şəhərində baş tutub.
Püşkatma zamanı Ağdamın “Qarabağ” klubunun da rəqibi müəyyənləşib.
Belə ki, ağdamlılar bu mərhələdə “Bayer 04” (Almaniya) klubu ilə qarşılaşacaq.
Qeyd edək ki, “köhlən atlar” ilk matçını martın 7-də evdə, cavab qarşılaşmasını martın 14-də səfərdə keçirəcək.