“Mançester Yunayted”in əfsanəsi 14 yaşında spirtli içkidən sui-istifadə etdiyini etiraf edibbackend

“Everton”un və “Mançester Yunayted”in sabiq hücumçusu Ueyn Runi “The Overlap” YouTube kanalına müsahibəsində spirtli içkilərə aludəçiliyindən danışıb.

“Yadımdadır, 14 yaşım olanda yolu keçirdim, düşünürəm ki, cümə axşamı idi və şənbə günü Kolin Harvinin baş məşqçisi olduğu Everton U19-da oynayırdım. Odur ki, əlimdə bir paket sidr və bir qutu siqaret tutaraq yolu keçirəm. Tərk edilmiş, boş bir evə gedirdik, pəncərələri sındırır, orada oturub içirdik. Geriyə baxanda düşünürəm ki, mənim hər cür problemim olub. Məlum oldu ki, mən çox içmişəm və açıq-aydın bu, öz təsirini göstərib”, – Runi bildirib

Hücumçu “Everton”un yetirməsidir. O, əsas komandada 67 oyun keçirib, daha sonra karyerasının böyük hissəsini (393 matç) keçirdiyi “Mançester Yunayted”ə keçib. O, beşqat İngiltərə çempionudur və 2008-ci ildə klubu ilə Çempionlar Liqasının qalibi olub. Bundan əlavə, “Mançester Yunayted”lə 4 dəfə ölkə kubokunu, Avropa Liqasını (2017) və İngiltərə Superkubokunu qazanıb.

Mənbə: Fanatik