Bloomberg xəbər verir ki, Ukrayna Avropadan rekord həcmdə qaz idxal etməyi planlaşdırır.
Agentliyin məlumatına görə, 2025-ci ilin aprelindən 2026-cı ilin aprelinə qədər olan mövsümdə idxalın həcmi 5 milyard kubmetrə çata bilər.
“Ukrayna Avropadan rekord həcmdə qaz idxal etməyə hazırlaşır, çünki enerji infrastrukturuna hücumlar və sürətlə tükənən yanacaq ehtiyatları tələbatın artmasına səbəb olub”, – bəyanatda deyilir.
Bundan əvvəl Ukrayna paytaxtının meri Vitali Kliçko qaza qənaət məqsədilə Kiyevdə istilik mövsümünün martın 24-də başa çatacağını açıqlamışdı.
Kliçko əlavə edib ki, istilik mövsümünü başa çatdırmaq üçün təxminən bir həftə vaxt lazımdır.