Qobustanda qadın öldürüldü, əri intihara cəhd etdibackend

Qobustandakı qətllə bağlı cinayət işi açılıb.

Qobustan Rayon Prokurorluğundan verilən xəbərə görə, martın 2-də rayon ərazisində 1982-ci il təvəllüdlü Günel Sadıqovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1973-cü il təvəllüdlü Mürsəl Cabbarovun arvadı Günel Sadıqovaya kəsici-deşici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsi, daha sonra isə özünə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Saxlanılan Mürsəl Cabbarova polis müşayiəti altında xəstəxanada tibbi yardım göstərilir.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.