Respublikaçıların Kiyev üçün 60 milyard dolları nə vaxt təsdiq edə biləcəyi məlum olubbackend

Respublikaçılar mart-aprel aylarında Ukraynaya 60 milyard dolların ayrılmasını təsdiqləyə bilərlər. Bu barədə CNN Nümayəndələr Palatasının spikeri Mayk Consona istinadən məlumat yayıb.

Qeyd olunur ki, Conson Nümayəndələr Palatasında İsrail və Ukraynaya yardımı da əhatə edən ikipartiyalı layihə ideyasını irəli sürən respublikaçılarla görüşüb. Consonun layihənin martda və ya aprelin əvvəlində səsverməyə çıxarıla bilməsi üçün yekunlaşdırılmağa çağırdığı bildirilir.

Martın 3-də ABŞ Nümayəndələr Palatasının Kəşfiyyat üzrə Seçilmiş Komitəsinin sədri Mayk Törner bildirib ki, ABŞ hərbi yardımın çatdırılmasını bərpa etməsə, Ukrayna döyüş meydanında uduzacaq.

Mənbə: CNN