Rusiyanın Ukraynadakı müharibədə itkiləribackend

Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 279 890 hərbçisi məhv edilib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, Rusiyanın digər döyüş itkiləri 4 745 tank, 9 026 zirehli maşın, 6 612 artilleriya sistemi, 802 RYAS (reaktiv yaylım atəşi sistemi), 540 hava hücumundan müdafiə sistemi, 315 təyyarə, 316 helikopter, 5 121 operativ-taktiki PUA, 1 530 qanadlı raket, 20 gəmi/qayıq, bir sualtı qayıq, 8 962 avtomobil və sistern, 946 xüsusi texnikadan ibarətdir.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.