Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIV turun daha bir oyunu keçirilib.
Günün ilk matçında çempionatda sonuncu olacağı dəqiqləşən “Qəbələ” “Sabah”ı qəbul edib.
Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib – 2:0.
33-cü dəqiqədə Əyyub Əllaş, 45+1-ci dəqiqədə Klesio Bauk hesabı açıb. 65-ci dəqiqədə Davit Volkov birbaşa qırmızı vərəqə alaraq paytaxt təmsilçisini azlıqda qoyub.
“Qəbələ” qalibiyyət sayəsində xallarının sayını 23-ə çatdırıb. “Sabah” hələlik 52 xalla 4-cü sıradadır.