Şahzadə Uilyamın kraliça Kamilla ilə niyə yaxınlaşdığı məlum olubbackend

Şahzadə Uilyam Kate Middletona xərçəng diaqnozu qoyulduqdan sonra Kraliça Kamilla ilə daha da yaxınlaşıb. Bu barədə “The Mirror” məlumat yayıb.

Kral eksperti İnqrid Syuard hesab edir ki, Kate Middletonun xəstəliyi Şahzadə Uilyam və Kraliça Kamilla arasındakı bağı gücləndirmiş ola bilər.

“Keytin xəstəliyi Kamillanı bir vaxtlar onu çox sevməyən Uilyamla yaxınlaşdırdı. Uilyam və Harri atasına toy etməzdən əvvəl də atalarına Kamilla ilə evlənməmək üçün yalvarırdılar. Yaxşı ki, o, bunu etdi,” İnqrid Syuard dedi.

Mənbə: The Mirror