“Səbail” Rumıniya klubu ilə heç-heçə edibbackend

Türkiyədə təlim-məşq toplanışında olan “Səbail” Futbol Klubu ilk yoxlama oyununu keçirib.

Şahin Diniyevin rəhbərlik etdiyi komanda Rumıniya yüksək liqasında çıxış edən “Universitatya Kluj”la üz-üzə gəlib.

Qarşılaşma qolsuz bərabərliklə başa çatıb.

Qeyd edək ki, “Səbail” ikinci yoxlama matçını yanvarın 15-də Rusiya Premyer Liqasının klubu “Fakel”ə qarşı keçirəcək.