“Səyyar kimya laboratoriyası” layihəsi yekunlaşıbbackend

Azərbaycan Respublikasının Təhsil Nazirliyinin dəstəyi ilə “Təhsildə inkişaf və innovasiyalar üzrə 4-cü qrant müsabiqəsi” çərçivəsində qalib olmuş və Suqra Əlizadə tərəfindən icra olunan “Səyyar kimya laboratoriyası” layihəsi yekunlaşıb.

15.09.2020 – 15.03.2021-ci il tarixlərində icra edilən layihə çərçivəsində Beyləqan və Xocavənd rayonlarında kimya laboratoriyası olmayan məktəblərdən cəlb edilmiş şagirdlər arasında onlayn formada 6 kimya reaksiyası göstərilmiş, ətraflı izah edilmişdir. Bundan başqa yekun olaraq “Kimya gecəsi” tədbiri təşkil edilmiş, məktəblər və şagirdlər öz kimya sevgilərini nümayiş etdirmişlər. 30 nəfər şagird davamlı olaraq layihədən faydalanmış və onların kimya fənninə marağı artmışdır.

Layihə şagirdlər tərəfindən maraqla qarşılanmışdır.