Tayvanın şəhərlərindən birində zəlzələ nəticəsində bir sıra binalar dağılıbbackend

Tayvanın Hualien şəhərində yerləşən bir sıra binalar güclü zəlzələ nəticəsində dağılıb. Yerli TVBS telekanalı təbii fəlakətin nəticələri barədə məlumat yayıb.

Jurnalistlərin məlumatına görə, aprelin 3-də Tayvanın şərq sahillərində 7,2 bal gücündə zəlzələ baş verib. Materialda göstərildiyi kimi yeraltı təkanların mənbəyi 15 km dərinlikdə yerləşib.

“Bu (zəlzələ. – Gazeta.Ru) bütün Tayvanda hiss olunub.  Hualien şəhərində vəziyyət ciddi idi – bütöv bir bina bir anda uçdu”, – nəşr yazır.

Mənbə: Gazeta.ru