Təhməz Qaçayev: “Mən bütün tələbələrimə inanıram və çəkdikləri əziyyətin bəhrəsini görəcəklərinə əminəm”backend

Bildiyimiz kimi gənc və istedadlı müəllim kimi tələbələrin rəğbətini qazanmış Təhməz Qaçayevin də müəllifi olduğu kitabın təqdimatı keçirilib.

İctimai.az gənc müəllimə bu yolda uğurlar arzulayır və onunla müsahibəni təqdim edir.

Salam hər vaxtınız xeyir Təhməz müəllim.

– Salam hər vaxtınız xeyir, təşəkkür edirəm dəvət etdiyiniz üçün.

Təşəkkür edirik dəvətimizi qəbul etdiyiniz üçün. Təhməz müəllim ilk sualım belədir. Müəllimlik həvəsi sizdə nə vaxtdan başlayıb?

– Öncəliklə qeyd edim ki, müəllimlik çox şərəfli və qürurlu peşədir, bu həvəs məndə universitet vaxtlarından yaranıb. Düşünürəm ki, bu peşəni ləyaqətlə yerinə yetirəcəm

Bu peşənin seçməkdə sizə yaxından köməklik göstərən, peşənin çırağını sizə təqdim edən şəxslər sizdə hansı əhval-ruhiyyəni oyatdı?

– Ümumiyyətlə bu sahədə müəllimlərimdən nümunə götürmüşəm və onlar mənə bacaracağım hissini daim bəxş etdilər.

Məlum olduğu kimi müəllifi olduğunuz kitabda Vergi Orqanlarına Hazırlıq mərkəzinin dəstəyi qaçılmazdır. Bizə çox maraqlıdır bu mərkəzdə sizin fəaliyyətiniz nə kimi töhvələr verdi?

– Əlbəttə ilk növbədə peşəkar kollektiv qazandım, həmçinin mehriban və savadlı tələbələr qazandım. Məqsədim Azərbaycan Respublikasının dövlət orqanlarına yüksək hazırlıqlı kadrlar yetişdirməkdir və tələbələrimdə bu potensial çox yüksəkdir.

Müəllifi olduğunuz kitabda qanunvericilik üzrə mövzularınız və test toplusu var ki, buda tələbələrin vergi orqanlarına hazırlaşanlara böyük dəstəkdir. Maraqlıdır vergi sahəsi üzrə niyə və vergi sahəsinə necə gəldiniz.

– Mən hələ universitetdə təhsil alarkən vergi və gömrük sahəsinə böyük marağım olub, təhsil aldığım dövrlərdə də həmin sahələri daha yaxşı mənimsəmişəm, daim üzərimdə çalışmışam, hərbi xidmətdən qayıtdıqdan sonra da qeyd etdiyim sahələr üzrə bir neçə il öz üzərimdə çalışdım və yekun olaraq fəaliyyətimi vergi sahəsində davam etdirdim. Əlbəttə ki, hər iki sahədə üzərimdə əməyi keçən müəllimlərimin əməyi danılmazdır.

Yəqin ki müəllimlik sahəsini davam etdirdikcə sizdə öz müəllimlərinizdən ilhamlanaraq aldığınız gücü tələbələrinizə verdikcə, tələblərinizin uğuru sizi sevindirəcək. Gələcəkdə müəllimlik peşəsinə hansı töhfələriniz olacaq?

– Mən bütün tələbələrimə inanıram və çəkdikləri əziyyətin bəhrəsini görəcəklərinə əminəm. Gələcəklə bağlı planlarımız çoxdur və bütün planlar həm bizim, həmçinin bizi seçənlərin uğur qazanması üzərində qurulub, zamanla görəcəyik hər birini.

Suallarımızı dolğun cavablandırdığınız üçün sizə minnətdarlığımı bildirirəm və sizə bu şərəfli yolda uğurlar arzu edirik.

– Təşəkkür edirəm, mən də sizə öz işlərinizdə uğurlar arzulayıram.

İctimai.az