Telli Pənahqızı təltif edilibbackend

Prezident İlham Əliyev Telli Pənah qızı Əliyevanın 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Bununla bağlı President.az məlumat yayıb.

Sərəncamla Telli Pənah qızı Əliyeva Azərbaycanın ictimai həyatında səmərəli fəaliyyətinə görə mükafatlandırılıb.