Tesla Almaniyadakı zavodunda istehsalı dayandırmaq niyyətindədirbackend

Amerikanın elektrikli avtomobil istehsalçısı Tesla, komponent çatışmazlığı səbəbindən Berlin yaxınlığındakı zavodunda emalatxanaların əksəriyyətini iki həftə müddətinə dayandırmaq məcburiyyətində qalır. Bu barədə TASS yazır.

Bu, Qırmızı dənizdə hərbi toqquşmalar nəticəsində nəqliyyat marşrutlarının dəyişməsi ilə bağlıdır. Tesla-nın verdiyi məlumata görə, komponentlərin çatdırılma müddəti əhəmiyyətli dərəcədə artıb ki, bu da zavodun işinə təsir edib. Yanvarın 29-dan fevralın 11-dək hasilat dayandırılacaq, bundan sonra şirkət tam fəaliyyətini bərpa etməyi planlaşdırır.

Qəzza zolağında Fələstin-İsrail qarşıdurmasının şiddətlənməsindən sonra Husi üsyançıları Ənsar Allah İsrail ərazisinə hücum etdiyini və gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazından keçidini əngəllədiyini elan etdi. Artıq Qırmızı dənizdə bir neçə ticarət və hərbi gəmi hücuma məruz qalıb və “Galaxy Leader” yük gəmisi husilər tərəfindən ələ keçirilib. Üsyançıların hərəkətlərinə cavab olaraq ABŞ beynəlxalq koalisiya yaradıb və Qırmızı dənizdə naviqasiya azadlığını təmin etmək və gəmiləri qorumaq üçün əməliyyat keçirir.

Mənbə: TASS