Tovuz rayonunda yeniyetmə faciəli şəkildə həlak olub.
Oxu.Az-ın əldə etdiyi məlumata əsasən, 2010-cu il təvəllüdlü Səbuhi Abdullazadəni ildırım vurub.
Hadisə nəticəsində yeniyetmə həyatını itirib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.