Volkswagen zavodu hərbi yük maşınları üçün zirehli kabinlərin istehsalına başlamağı planlaşdırırbackend

Rheinmetall müdafiə konserni Almaniyanın Osnabrück şəhərindəki Volkswagen zavodunda MAN ilə birgə hərbi yük maşınları üçün zirehli kabinlər istehsal etməyi planlaşdırır.

TASS bu barədə Automobilwoche-yə istinadən xəbər verir.

Qeyd olunur ki, Rheinmetall-ın baş direktoru Armin Papperger Volkswagen-in Osnabrückdəki zavodu ilə bağlı tezliklə qərarın verilməsində israrlıdır. Lakin IG Metall sənaye birliyi bu ideyadan razı deyil.

IG Metall, alternativ iqtisadi sektorları və gələcəyə hesablanmış konsepsiyaları fəal şəkildə təşviq etmək əvəzinə, yalnız hərbi sənayeyə diqqət yetirməyin uzaqgörənlik olacağını söylədi.