Avropanın hava hücumundan müdafiə sistemi Rusiyanın hərbi potensialına qarşı həssasdır. Bu barədə Fransanın “Meta Defense” nəşri yazır.
“Rusiya ilə qarşı-qarşıya qalan Avropa özünü həmişəkindən daha müdafiəsiz tapdı, tam hazır olmadığı təhlükə ilə üz-üzə qaldı”, – nəşr yazır.
Qeyd olunur ki, hazırda Avropa ölkələrinin ordularının sərəncamında Patriot, SAMP/T və S-300 tipli 50-dən az zenit batareyası var. Bunların yalnız yarısı İskəndər-M kimi sistemlərə qarşı potensiala malikdir.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya təhlükəsinin Avropa üçün müvəqqəti xarakter daşıdığını vurğulayıb.