Qırğızıstan BMT ilə birlikdə yaşıl enerjini inkişaf etdirməyi planlaşdırırbackend

Qırğızıstan hakimiyyəti BMT ilə əməkdaşlıq çərçivəsində yaşıl enerji və ətraf mühitin mühafizəsini inkişaf etdirmək niyyətindədir.

TASS xəbər verir ki, bunu respublikanın xarici işlər naziri Jeenbek Kulubayev Nyu-Yorkda BMT-nin baş katibi Antonio Quterreşlə görüşündə deyib.

“Nyu-Yorka işgüzar səfəri zamanı nazir Kulubayev BMT-nin baş katibi ilə görüşüb və o, təşkilatın beynəlxalq sülh və təhlükəsizliyin təmin edilməsi, eləcə də qlobal sosial-iqtisadi və iqlim problemlərinin həlli istiqamətində səylərini dəstəklədiyini bildirib”, – Qırğızıstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Kulubayev ölkənin davamlı inkişaf məqsədlərinə sadiqliyini təsdiqləyib və respublikanın prioritet istiqamətləri, o cümlədən “dağ gündəliyinin” təşviqi, yaşıl iqtisadiyyatın inkişafı və ətraf mühitin mühafizəsi barədə danışıb. O, həmçinin beynəlxalq arenada bu məsələlərdə BMT-dən dəstək istəyib.