Azərbaycan artıq yeni bir dövr başlanğıcındadır. Ərazi bütövlüyünü, suverenliyini təmin etmiş bir dövlətin müstəqillik tarixində ərazi bütövlüyü çərçivəsində baş tutmuş Zəfər Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində torpaqlarımızın erməni işğalından azad edilməsi tariximizə əbədi həkk olundu ve əzəli yurd yerlərimizə sahib olduq. Cənab Prezident müharibədən sonra azad olunmuş ərazilərə şəxsən səfər edir, həmin torpaqlardan qarşıda duran vəzifələrlə bağlı mesajlarını verir. Hər bir ərazidən qalib ordunun və dövlətin qalib SƏRKƏRDƏSİ kimi səsəni ucaldir, mesajlarını verir, dünya bunu görür və eşidir.
Əlbəttə ki, bu gün biz qalib xalq kimi yaşasaq da ötən illərdə yaşadığımız faciələr tariximizin səhifələrinə həkk olunub və o, tarixi dövr yaddaşımızda qövr edir. Bəşəriyyət tarixinin insanlıq əleyhinə yönəlmiş ən dəhşətli cinayətlərdən biri olan, Ermənistanın azərbaycanlılara qarşı həyata keçirdiyi etnik zəmində soyqırımı siyasətini sübut edən Xocalı soyqırımından 32 il ötür. Bu illər ərizində bu torpaqlara qayıdacağımız günü gözləyirdik. Fevralın 26-da Xocalı soyqırımı günü Xocalıda günahsız Xocalı qurbanlarının xatirəsi anılaraq qeyd edilib. Prezident İlham Əliyev Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməlini qoyaraq, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
“Otuzikiildənsonra – oqanlı faciədənsonrabizAzərbaycanınhərbirguşəsində, Qarabağınhərbiryerində sahibkimi, buVətənin övladları kimiyaşayırıq, qururuq, bərpaedirik. Azad edilmiş bütün torpaqlarda geniş quruculuq işləri gedir.” – deyə dövlət başçımız bildirib. Xocalı-Əsgəran avtomobil yolunun üzərində Heydər Əliyev Fondu tərəfindən yaradılacaq. Xocalı Soyqırımı Memorialı bəşəriyyətə qarşı yönəlmiş dəhşətli qətliam haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsində əhəmiyyətlidir.
Xocalı soyqırımı isə heç vaxtxalqımızınyaddaşındansilinməyəcəkdəhşətliolaydır. 1992-ci ilin 26 fevral tarixində erməni təcavüzkarları Azərbaycanın Xocalı şəhərində bəşəriyyət tarixində ən qanlı faciələrlə bir sırada duran soyqırımı törətdilər. Xocalı soyqırımı ilə ermənilər Xocalının yer üzündən silinməsini və məhv olmasını reallaşdırdılar. Xocalı bir gecənin içərisində yerlə-yeksan olundu. Xocalı soyqırımının nəticələri çox dəhşətli idi. Bu kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca amansızlıqla qətlə yetirildi, 487 nəfər şikəst oldu, 1275 dinc sakin girov götürüldü, onlardan 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini itirdi. Prezidentin bildirdiyi kimi, Heç vaxt Azərbaycan xalqı bu qanlı cinayəti unutmayacaq.
Məlumdurki, Heydər ƏliyevFondununtəşkilatçılığı ilə Xocalı soyqırımınındünyaictimaiyyətitərəfindəntanınması, bucinayətəməlinə hüquqivə siyasiqiymətinverilməsiməqsədilə davamlı olaraqhəyatakeçirilən “Xocalıyaədalət” kampaniyası busoyqırımı hadisəsiilə bağlı beynəlxalqsəviyyədə məlumatlılığınartırılması, kütləviqırğınlara, etniktəmizləmə, irqi, dinivə etnikayrı-seçkilikhallarınaqarşı böyükmüqavimətingöstərilməsibaxımından çoxmühüməhəmiyyətkəsbedir. Kampaniya çərçivəsində həyata keçirilən fəaliyyət nəticəsində 18 dövlətin qanunvericilik orqanı, ABŞ-ın 24 ştatı, eləcə də İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı tərəfindən bu qəddar qətliam pislənilmiş, soyqırımı kimi qiymətləndirilib, bununla bağlı müvafiq qərar və qətnamələr qəbul olunub. “Ancaq bu ölkələrin arasında böyük dövlətlərin adları yoxdur. Beynəlxalq təşkilatlar, onların bir çoxu bu faciəyə biganə qalmışdır”-deyən Prezident Heydər Əliyev Fondunun Xocalı soyqırımını dünyaya tanıtdırmaq üçün çox böyük səylər göstərdiyini bildirib. Belə ki, Heydər Əliyev Fondunun xətti ilə geniş vüsət almış “Xocalıya ədalət!” kampaniyası çərçivəsində dünyanın müxtəlif yerlərində bir çox tədbirlər, təqdimatlar həyata keçirilmişdir, kitablar, məqalələr dərc edilmişdir, sərgilər təşkil olunmuşdur. Prezidentin vurğuladığı kimi, biz haqlı olaraq dünyadan ədalət tələb edirdik”. Çünki Xocalı soyqırımı dünyanın gözü qarşısında baş vermiş qanlı cinayətdir. Xocalı soyqırımını inkar etmək ədalətsizlik və vicdansızlıqdır. Halbuki Ermənistan dövləti, o vaxt və bu gün onun arxasında duran eyni qüvvələr, eyni ölkələr əlindən gələni edirdilər ki, bu hadisə ört-basdır edilsin, Ermənistan məsuliyyətə cəlb olunmasın”.
İkinciQarabağ müharibəsininnəticələrinə əsasən, imzalanmış 10 noyabr 2020-ciiltarixli üçtərəfliBəyanatauyğunolaraqXocalı şəhəriRusiyaSülhməramlı kontingentininnəzarətialtındaolub. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində azad olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı.
Azərbaycantarixiədalətibərpaedibvə günahsızXocalı qurbanlarınınqisasını döyüş meydanındaalıb. Artıq bu gün Xocalının qapısı üzümüzə açıqdır. Azərbaycan əzəli torpaqlarına sahibdir.
Şirincan Məmmədli
Tarix müəllimi, “Tərəqqi” medalı təltifçisi