Xocavənddə hərbi təyinatlı partlayıcı partlayıbbackend

Xocavənddə hərbi təyinatlı partlayıcı partlayıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupu məlumat yayıb.

Bildirilib ki, fevralın 10-da saat 09:30-da Xocavənd rayonu Çartar kəndi ərazisində arıçılıq təsərrüfatında hərbi təyinatlı partlayıcının partlaması ilə bağlı polisə məlumat daxil olub.

Bildirilib ki, 1996-ci il təvəllüdlü Samir Füzuli oğlu Ələsgərov əlindən xəsarət alıb. Vətəndaş xəstəxanaya təxliyə edilib.

Faktla bağlı araşdırma aparılır.