Yaponiya KXDR-ə kəskin etirazını bildirib və qitələrarası ballistik raketin (ICBM) buraxılmasını qəti şəkildə pisləyib.
Bu barədə RİA Novosti Yaponiya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Bəyanatda deyilir ki, KXDR-in “əvvəlki tez-tez ballistik raket buraxılışı da daxil olmaqla” hərəkətləri Yaponiyanın, “regionun və beynəlxalq ictimaiyyətin” sülh və təhlükəsizliyini təhdid edir.
“Ballistik raketin buraxılması BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini pozur, ölkəmiz Şimali Koreyaya kəskin etirazını bildirib və kəskin şəkildə pisləyib”, – deyə məlumatda bildirilir.
Mənbə: RİA Novosti
İctimai.az

