Zaxarova: Rusiya əvəzinə Qərblə əməkdaşlıq Serbiyaya ziyan vuracaqbackend

Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Serbiya Rusiya ilə tərəfdaşlığın dəyərini anlayır və Qərbə doğru seçim Belqrada zərər verə bilər.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında bildirilir.

“Milli maraqlar sövdələşmə predmeti deyil, Belqrad Rusiya-Serbiya strateji tərəfdaşlığının müstəqil dəyərini anlayır və buna görə də münasibətlərimizə xələl gətirən əməli tədbirlər görməkdən çəkinir”, – deyə Zaxarova bildirib.

Mənbə: RİA Novosti

İctimai.az