Zelenski Avropa Şurasının rəhbəri ilə Ukraynaya sursat tədarükü məsələsini müzakirə edibbackend

Ukrayna Prezidenti Vladimir Zelenski ilə Avropa İttifaqı Şurasının rəhbəri Çarlz Mişel arasında telefon danışığı olub, söhbət zamanı tərəflər Avropa İttifaqına (Aİ) daxil olmaq üzrə danışıqların başlanması istiqamətində gələcək addımları və siyasi birlikdən Kiyevə dəstək məsələsini müzakirə ediblər. Müvafiq nəşr Zelenskinin X sosial şəbəkəsində (keçmiş Twitter) səhifəsində yer alıb.

“Biz Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqların faktiki başlanması istiqamətində gələcək addımlara, eləcə də Aİ-nin Ukraynaya gələcək hərtərəfli dəstəyinə yönəlmişik”, – deyə Zelenski yazıb.

O, həmçinin Aİ Şurasına Ukraynaya 5 milyard avro məbləğində əlavə hərbi yardım ayırdığına görə təşəkkür edib.Bundan əlavə, tərəflər “artilleriya sursatlarının tədarükünü artırmaq üçün potensial yolları müəyyən ediblər”.

Mənbə: A haber