“International Pearls Awards 2024” mükafatı təqdim edilib – FOTObackend

Avand Production tərəfindən təşkil olunan ” International Pearls Awards 2024 ” mükafatı sahiblərinə təqdim edilib.

İctimai.az-a verilən məlumata görə, mükafatlandırma gecəsində, il ərzində fərqlənən, yadda qalan, peşəkar şəxs və şirkətlər mükafatlandırılıb.

Layihədə ” International Pearls Awards 2024 ” mükafatına adına layiq görülənlər sırasında Xalq artististləri Mənsum İbrahimov, Elçin Həşimov , Mələykə Əsədova , Əməkdar artist Elnur Əhmədov , Təyyar Bayramov , Babək Niftəliyev , Rüfət Axundov , Elnarə Xəlilova , Fatimə Fətəliyeva , Dilarə Əliyeva və başqa tanınmış şəxslər yer alıb .

Həmçinin gecədə
1. Aynur Bağırzadə-USM radioloq
2. Rövşən Abdullayev- iş adamı
3. ⁠Elşən Gəncəvi – İş adamı
4. Əsra quru təmizləmə və camaşırxana və Əsra tədris mərkəzi
5. Baqir Həsənzadə – gimnast
6. Səccad Həsənzadə – kids model
7. Nailə Verdiyeva – rus dili mütəxəssisi olaraq fəxri mükafatlara layiq görülmüşlər .

Mükafatlandırma gecəsinin aparıcı postu Azər Axşama həvalə olunub .

Lahiyə rəhbəri Natavan Mirzəliyeva , Layihənin direktoru Xəyal Əhmədov , Mədəniyyət işləri üzrə icraçı prodüser Nərminə Qafarlı , Dizayn və qrafika işləri üzrə prodüser Gunay Tapdiqova.