Çinin xarici işlər naziri Qin Qang Səudiyyə Ərəbistanının “Asharq Al-Awsat” qəzetinə müsahibəsində deyib ki, Çin hakimiyyəti ABŞ-ın onların Avropa ilə münasibətlərinə müdaxiləsini qəbul etmir.
O izah edib ki, Pekin Avropa İttifaqında Vaşinqtonun yerini tutmaq niyyətində deyil.
“Eyni zamanda, biz Amerika tərəfinin Çin-Avropa münasibətlərinə müdaxilə və xələl gətirməyə yönəlmiş hərəkətlərini qəbul etmirik”, – XİN rəhbəri vurğulayıb.

