21/07/2026

“Formula-1” üzrə Azərbaycan Qran-prisinin vaxtı dəyişdirilib

BAKU CITY CIRCUIT, AZERBAIJAN - JUNE 06: Charles Leclerc, Ferrari SF21, leads Sir Lewis Hamilton, Mercedes W12 during the Azerbaijan GP at Baku City Circuit on Sunday June 06, 2021 in Baku, Azerbaijan. (Photo by Zak Mauger / Motorsport Images)

Gələn il Bakıda keçiriləcək “Formula-1” üzrə Azərbaycan Qran-prisinin vaxtı dəyişdirilib.

Bu barədə “Formula-1″in rəsmi saytı xəbər verir.

Bildirilib ki, buna səbəb sentyabrın 27-sinin Azərbaycanda Anım Günü kimi qeyd olunmasıdır.

Qeyd edilib ki, yarış Bakıda sentyabrın 24, 25 və 26-da keçiriləcək.

Xatırladaq ki, təqvimin əvvəlki versiyasında yarışın 25, 26 və 27 sentyabr tarixlərində keçirilməsi nəzərdə tutulmuşdu.

Oxşar xəbərlər