Bu gün təmsilçimiz “Qarabağ” avrokuboklarda növbəti oyununa çıxır.
İctimai.az xəbər verir ki, Ağdam təmsilçisi UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab matçında İslandiyanın “Vestri” komandası ilə qarşılaşacaq.
Reykyavikdə yerləşən “Valbyarnarvöllur” stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Qeyd edək ki, tərəflər arasında keçirilən ilk qarşılaşma təmsilçimizin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

