Azərbaycan atletika idmançısı Kənan Vəliyevə antidopinq qaydalarının pozulmasına görə iki il müddətinə sanksiya tətbiq edilib.
İdmançıya qarşı sanksiya nümunənin götürülməsindən yayınma, nümunə təqdim etməkdən imtina və ya nümunəni təqdim etməmək ilə bağlı antidopinq qaydalarının 2.3-cü maddəsi əsasında tətbiq olunub.
Sanksiya 15 aprel 2026-cı il tarixində qüvvəyə minib və 15 aprel 2028-ci il tarixinədək davam edəcək.
Beləliklə, Kənan Vəliyevin diskvalifikasiya müddəti 24 ay təşkil edir.

