ABBA-nın üzvləri bir araya toplaşdılarbackend

Məşhur ABBA qrupunun üzvləri Benni Andersson, Anni-Frida Reus (Linqstad), Byorn Ulveus və Aqneta Feltskuq İsveç və beynəlxalq musiqi mədəniyyətinə verdikləri müstəsna töhfələrə görə Kral Cəngavər Ordeni – Vasa ordeni ilə təltif olunmaları münasibətilə bir araya toplaşıblar.

Orden son 50 ildə ilk dəfə verilir.

Kral sarayında keçirilən xüsusi mükafatlandırma mərasimində yüksəkrütbəli hərbçilər, alimlər, iri müəssisələrin rəhbərləri, tanınmış musiqiçilər iştirak ediblər.

Mükafatı kral XVI Karl Qustav şəxsən təqdim edib.

Qeyd edək ki, Vasa ordeni nailiyyətlərə, əməllərə, şücaətə və cəsarət kimi keyfiyyətlərin təzahürünə görə verilən dörd cəngavərlik ordenindən biridir.

ABBA qrupuna gəlincə, kvartet 1972-ci ildə ilk kompozisiyasını təqdim edib. İki il sonra üzvlərinin adlarının baş hərfləri ilə adlandırılan qrup “Avroviziya”nın qalibi olub.

Mənbə: TASS