Mərkəzləşdirilmiş Avropa İttifaqı (Aİ) ordusunun yaradılması ideyası mənasız və çıxılmaz bir nöqtədir, çünki sonda ölkələr üçün ondan istifadə barədə razılığa gəlmək çətin olacaq.
Bu nöqteyi-nəzərdən ABŞ-ın Alman Marşal Fondunun baş elmi işçisi Bart Sevçik “Foreign Policy” jurnalında dərc olunan məqaləsində bildirib.
Mətndə deyilir: “Bu yaxınlarda açıqlanan Avropa İttifaqının müdafiə sənayesi strategiyasını və Avropanın müdafiə üzrə komissarının təyin edilməsi planını nəzərə alaraq, belə nəticəyə gəlmək olar ki, Aİ-nin hərbi və müdafiə siyasəti ideyası nəhayət reallaşa bilər”.
Eyni zamanda, müəllifin fikrincə, hadisələrin bu cür inkişafı dalana dirənir. Sevçik yazır ki, Avropanın mərkəzləşdirilmiş müdafiəsi olmayacaq və olmamalıdır.
Mənbə: A Haber