ABŞ-da 6 məhbus  günəş tutulmasını izləmək qadağan olunduğu üçün həbsxananı məhkəməyə veribbackend

ABŞ-da altı məhbus həbsxananı məhkəməyə verib, onlara qarşıdan gələn Günəş tutulmasını izləməyə icazə verilməsini tələb ediblər.

Yerli KİV-in məlumatına görə, şikayət Nyu-Yorkun Şimal dairəsi üzrə Dairə Məhkəməsinə verilib. Orada iddia edilir ki, məhbusların tutulmasını həbsxananın həyətindən görmələrinə icazə verilməsə, onların konstitusion hüquqları pozulacaq.

“Günəş tutulması çoxları üçün böyük dini əhəmiyyət kəsb edən nadir təbiət hadisəsidir”, – iddiada deyilir.

Məhkumlar həmçinin günortaların açıq havada istirahət vaxtı olduğunu və 2017-ci ildəki sonuncu Günəş tutulması zamanı heç bir məhdudiyyətin olmadığını iddia edirlər.

Mənbə: Haberler.com