ABŞ-da Blinken Rusiya haqqında söylədiyi sözlərə görə tənqid edilibbackend

ABŞ ordusunun istefada olan keçmiş polkovniki Daniel Davis ölkənin dövlət katibi Entoni Blinkeni Ukrayna və Qərb ölkələrinin Rusiyanı məğlub edə biləcəyini deyərkən onu yalan danışmaqda ittiham edib. Bu barədə o, YouTube kanalında məlumat verib.

Onun sözlərinə görə, Blinkenin bu cür ifadələri onun ya hiyləsindən, ya da qeyri-kafiliyindən xəbər verir. Devis qeyd edib ki, Rusiya ordusu daha da güclənir.

Bundan əvvəl ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş agenti Larri Conson Ukrayna prezidenti Vladimir Zelenski ilə Blinkenin Kiyevdəki görüşünün PR və təbliğat məqsədilə təşkil edildiyini bildirmişdi. Onun sözlərinə görə, səs yazısını montaj edən videoredaktorun işinə dair sübutlar var.

Mənbə: Lenta.ru