ABŞ-da Nyu-York meri miqrantlarla bağlı açıqlamalarına görə “qara Tramp” adlandırılıbbackend

MSNBC jurnalisti Cahan Cons Nyu-York meri Erik Adamsı şəhərdəki miqrant böhranı ilə bağlı söylədiyi fikirlərə görə tənqid edərək onu “qara Tramp” adlandırıb. O, həmçinin Adamsı “fanatik düşüncədə” ittiham etdi. Consun sözlərini Fox News sitat gətirir.

Jurnalist xüsusilə Demokratlar Partiyasının üzvü olan Adamsı miqrasiya ilə bağlı mühafizəkar siyasətləri dəstəklədiyinə və “sağçı söhbətləri təkrarladığına” görə tənqid edib.

“Bu, bəzi tənqidçilərin onu “Qara Tramp” adlandırmasına səbəb oldu. Cümə axşamı isə o, keçmiş prezidentin [Donald Trampın] sosial media lentindən qoparılmış kimi səslənən anti-immiqrant diatribi yayımlayaraq bu ləqəbinə uyğun yaşadı”, – Jones bildirib.

Mənbə: A Haber