ABŞ prezidenti Co Bayden dövlət katibi Entoni Blinkenə Ukraynaya 20 milyon dollara qədər əlavə yardımın ayrılmasının mümkünlüyünü nəzərdən keçirməyi tapşırıb, RİA Novosti xəbər verir.
Baydenin memorandumu qeyd edir ki, o, Ukraynaya 20 milyon dollara qədər yardım göstərməyin ABŞ-ın milli təhlükəsizlik maraqlarına uyğun olub-olmadığını müəyyən etmək üçün səlahiyyəti Blinkenə verir.
Bundan əvvəl ABŞ dövlət katibi Antoni Blinken ABŞ-ın Ukraynaya 250 milyon dollarlıq hərbi yardım paketi ayırdığını və bunun bu il sonuncu olacağını bildirmişdi.
Mənbə: RİA Novosti