ABŞ hipersəs raketini uğurla sınaqdan keçiribbackend

Birləşmiş Ştatlar Hərbi Hava Qüvvələri AGM-183 hava-yer tipli hipersəs raketini havadan buraxılan sürətli cavab silahı proqramı çərçivəsində uğurla sınaqdan keçirib. TASS xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin bəyanatında deyilir.

Qeyd edilir ki, buraxılış martın 17-də Sakit okeanın Quam adasındakı Amerikanın Andersen Hərbi Hava Qüvvələri bazasından havaya qalxan B-52 strateji bombardmançı təyyarəsindən həyata keçirilib.

Bundan əvvəl ABŞ hipersəsli Talon-A (TA-1) təyyarəsini sınaqdan keçirib.

Mənbə: TASS