Suriyanın şərqindəki Deyr əz-Zor əyalətindəki Ömər neft yatağında yerləşən Amerika hərbi bazası raket atəşinə tutulub. Bu barədə RİA Novosti yerli mənbəyə istinadən xəbər verir.
Mənbənin məlumatına görə, ABŞ-ın Ömər yatağındakı hərbi bazası dörd raketlə vurulub. Atəşdən sonra bazanın hər yerində partlayış səsləri eşidilməyə başlayıb.
Daha sonra Amerika helikopterləri Deyr əz-Zor üzərində səmaya qalxdı.
Mənbə: RİA Novosti