ABŞ-ın vitse-prezidenti Münhen konfransında çıxış edəcəkbackend

ABŞ-ın vitse-prezidenti Kamala Harris gələn həftə Münhen Təhlükəsizlik Konfransında çıxış edəcək və bir sıra ölkələrin liderləri ilə də görüşlər keçirəcək.

Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Məlumatda Harrisin fevralın 15-17-də Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyaya səfər edəcəyi bildirilir. O, beynəlxalq siyasətlə bağlı çıxış etməyi planlaşdırır və burada “müttəfiqliklərin gücləndirilməsi” və “beynəlxalq qayda və normaların” müdafiəsinin vacibliyini vurğulamağı planlaşdırır.

Bundan əlavə, ABŞ vitse-prezidenti ABŞ prezidenti Co Bayden administrasiyasının, o cümlədən Ukrayna və Yaxın Şərqdə prioritet məqsədlərinə nail olmaq üçün tədbirdə digər ölkələrin liderləri ilə görüşməyi planlaşdırır.

Mənbə: Haber Global