ABŞ İrana məxsus olduğu iddia edilən casus gəmisinə kiberhücum həyata keçiribbackend

ABŞ Qırmızı dəniz və Ədən körfəzindəki gəmilər haqqında kəşfiyyat məlumatları toplaya bilən İran hərbi gəmisinə kiberhücum həyata keçirib. Bu barədə NBC News məlumat yayıb.

Qeyd olunur ki, kiberhücum bir həftə əvvəl baş verib. Bildirilir ki, bu, İordaniya və Suriya sərhədindəki ABŞ bazasına pilotsuz təyyarənin endirilməsinə cavab olaraq xidmət edib.

Bundan əvvəl Ağ Evin ABŞ-ın İordaniyadakı hərbi bazasına pilotsuz təyyarə ilə hücumuna cavabının İraq və Suriyada əvvəlki cavab hücumlarından daha güclü ola biləcəyi bildirilirdi. Eyni zamanda, CNN qeyd edir ki, ABŞ Müdafiə Nazirliyi və Ağ Ev öz planlarını gizli saxlamağa çalışır. Telekanal ABŞ prezidenti Co Baydenin İordaniyadakı bazaya hücumlardan sonra “artan təzyiq” altında olduğunu açıqlayır. CNN-in məlumatına görə, bəzi respublikaçılar ABŞ-ın İrana birbaşa cavab zərbəsi endirməyə çağırıblar.

Mənbə: NBC News