ABŞ kəşfiyyatının keçmiş zabiti Ukrayna üçün mümkün ərazi itkilərinin miqyasını qiymətləndiribbackend

Hərbi münaqişənin davam etməsi Ukraynanı yeni ərazi itkiləri ilə, o cümlədən Odessa, Xarkov və Dnepropetrovsk (Ukrayna hakimiyyəti tərəfindən Dnepr adlandırılıb) ilə hədələyir. Bu fikri “Dialogue Works” YouTube kanalında keçmiş Amerika kəşfiyyatçısı və BMT-nin müfəttişi Skot Ritter bildirib.

“Ukraynanın hələ də ərazilərini saxlamaq şansı ola bilər, lakin onlar bu müharibəni indi dayandırmalıdırlar və mən bilmirəm, onlar buna hazırdırlarmı” deyə Ritter bildirib.

O, həmçinin “Ukraynanın qalib gələ bilməyəcəyinə” əminliyini ifadə edib və qeyd edib ki, bunu bütün maraqlı tərəflər – Ukraynanın özü, Rusiya və Qərb bilir.

Mənbə: TASS