ABŞ müttəfiqlərinə Ukraynaya hansı silahların verilməsini diktə etmirbackend

ABŞ müttəfiqlərinə Ukraynaya müəyyən silahların verilməsini qadağan etmir. TASS xəbər verir ki, bunu ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland deyib.

Uzaq mənzilli ATACMS raketlərinin Kiyevə mümkün transferindən danışan Nuland izah edib ki, “ABŞ-ın müttəfiqlərin Ukraynaya silah ötürməsinə mane olması ilə bağlı heç nədən xəbəri yoxdur”.

Eyni zamanda, dövlət katibinin müavini Ukrayna Silahlı Qüvvələri tərəfindən zərbələr üçün hədəflərin seçilməsi ilə bağlı şərh verməkdən imtina edib və ABŞ-ın bununla bağlı hər hansı məsləhət və ya göstəriş verib-verməməsi barədə danışmaqdan imtina edib.

Mənbə: TASS